
Baş məşqçi Eddi Hou "Nyukasl Yunayted"in baş məşqçi postundan ayrılacaq.
Fanat.Az xəbər verir ki, məlumatı Fabritsio Romano yayıb.
Tanınmış insayder "Nyukasl"da böyük dəyişikliklər gözlənildiyini iddia edib. 48 yaşlı mütəxəssisin əvəzlənməsi üçün danışıqlar artıq başlayıb.
Hou 2021-ci ilin noyabr ayından bəri "sağsağanlar"a rəhbərlik edir və komandanı 231 oyuna çıxarıb: 116 qələbə, 43 heç-heçə və 72 məğlubiyyət.
O, "Nyukasl"la birlikdə 2024/25 mövsümündə İngiltərə Liqa Kubokunun qalibi olub.
Mirağa