15:50 12.08.2026 299

Aslan Kərimov: "Sabah" bu cür oyunla liqa mərhələsində oynamağı haqq edir"

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında "Orhus" ilə qarşılaşan “Sabah” Danimarka təmsilçisini məğlub edərək (4:0), pley-off mərhələsinə vəsiqə qazanıb.

Azərbaycan millisinin sabiq yarımüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb cavab matçı və pley-off perspektivi barədə nə düşündüyünü soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"İlk olaraq bütün “Sabah” azarkeşlərini təbrik edirəm. Bu, Azərbaycan futbolunun qələbəsidir. İlk çıxışlarında bu səviyyəyə qədər gəlməkləri təqdirəlayiqdir. Oyuna gəldikdə, ilk matçda da gördük ki, rəqib çətin komandadır. Qarşılaşmaya baxmayan deyə bilər ki, “Sabah” asanlıqla qələbə qazanıb. Lakin bu, belə deyil. Komandamız ilk yarıda çox çətinlik çəkdi. Düzdür, yenə də qol epizodları yaratmağı bacarır, öz üslubunda oynaya bilirdilər. Sağ cinah çox aktiv idi. Akim Zedatkanı bəlkə də oyunun ən yaxşısı seçmək olardı. Velko Simiçə çoxlu pas verməyi bacarırdı ki, sonuncu da müdafiəçilərlə birə-bir qalırdı. Buna baxmayaraq, “Orhus” bizi əks həmlələrdə yaxalaya bilirdi. Hesab edirəm ki, “Sabah” hücum edərkən müdafiəni də saxlamağı bacarırdı. Bu cür oyunla qol vurmaq çətin idi. İkinci hissədə bir qədər balansı dəyişməyi bacardılar. Öndə pressinq edərkən Danimarka təmsilçisini də səhv etməyə məcbur edirdilər və rəqibin bu xətalarından sonra Valdas Dambrauskasın yetirmələri qol vurmağı bacardılar. İlk qoldan sonra rəqib psixoloji basqı altına düşdü, "Sabah" isə bir qolla rahatlaşmadı. Daha da təzyiqi artırdılar və ikinci dəfə hesabı artırmağı bacardılar. İkinci qoldan sonra isə rəqib daha da irəli atılmağa başladı. Vəziyyətdən də “Sabah” rahatlıqla istifadə edərək, üçüncü və dördüncü topu da qapıdan keçirməyi bacardı. Hətta beşinci qolu da vura bilərdilər. Ancaq oyuna baxdıqda belə də demək olar ki, ilk hissənin sonlarında rəqib fərqlənsəydi, "bayquşlar"ın işi çətinləşəcəkdi. Yaxşı ki, müdafiədə və "çərçivə"də etibarlı oynamağı bacardıq.

Bir sözlə, rahat oyun keçmədi və oyunçuların əzmi, mübarizəsi sayəsində qələbə qazandıq. “Sabah” bəlkə də iki gün dincəlməlidir. Bu, ağır və çətin görüş hesabına qazanılmış qalibiyyətdir. Növbəti etapda ölkə təmsilçisinin pley-off mərhələsindən də keçmək imkanı var. Qrupa düşmək şanslarını yüksək qiymətləndirirəm. Şansımız var. “Hapoel Beer-Şeva” yaxşı komandadır. “Srvena Zvezda” kimi köklü klubu geridə qoymağı bacardılar. Ən azı “Orhus” qədər çətin bir görüş olacaq. Ancaq bu cür davam etsələr, qol vəziyyətləri yarada bilərlər. Hesab edirəm ki, “Sabah” bu cür oyunla liqa mərhələsində oynamağı haqq edir, ancaq düşüb-düşməyəcəyin deyə bilmərəm".

Qeyd edək ki, “Hapoel” - “Sabah” qarşılaşması avqustun 19-da reallaşacaq.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

12 Avqust 2026
17:19

"Qurban Qurbanov yaxşı balanlaşdırılmış bir komanda qurub" - İqor Kostyuk

17:01

"Çətin olacaq, amma bizi maraqlı oyun gözləyir" - Kiyev "Dinamo"sunun forvardı

16:43

MS 34 yaşlı qapıçını heyətinə qatdı - RƏSMİ

16:26

Kanunun Azərbaycan klubu ilə müqavilə bağlayacağı dəqiqləşdi

16:08

Samir Əliyev: "Sabah"ın pley-offda da azarkeşləri sevindirəcəyinə inanıram"

15:50

Aslan Kərimov: "Sabah" bu cür oyunla liqa mərhələsində oynamağı haqq edir"

15:32

"Gəncəbasar" Göygölə sığındı, Mingəçeviri seçdi

15:14

MOİK "Xankəndi"ni üstələdi

14:56

Bakıda UEFA məşqçi kursu keçirilir

14:38

"Qarabağ"ın evdə qələbə qazanaraq mərhələni keçəcəyini düşünürəm"

14:20

"Xankəndi" klubunda Müşahidə Şurası yaradıldı

14:02

"İnanıram ki, yaxşı nəticə əldə edəcəyik" - Qurban Qurbanov

13:44

"Çelsi" Kukurelyanın yerinə oyunçu transfer etdi

13:25

"Orhus"u mübarizədən kənarlaşdıran "Sabah" milyonlar qazandı - MƏBLƏĞ

13:08

"Azərbaycan çempionatını əvvəldən izləyirdim" - Tornike Axvlediani

12:50

Kapitan klubunu dəyişdi

12:07

"Sabah" pley-off oyunu üçün stadion seçimini etdi

11:44

"Qalatasaray" Folarin Baloquna elçi düşdü

11:25

KL: Bu gün daha 3 pley-offçunun adına aydınlıq gələcək

11:06

"Barselona" Lautaro Martinesi transfer edir - Danışıqlar başladı

10:45

Roberto Martinesin Portuqaliyadan sonra yeni dayanacağı müəyyənləşdi

10:28

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"Sabahın Ulduzları": "Qarabağ"ın legioneri poker müəllifi oldu

09:51

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:30

UEFA Superkuboku: Avropanın ən güclüsü müəyyənləşir

09:00

"Sabah"ın darmadağını Azərbaycana nə qazandırdı? - UEFA reytinqi

01:34

ÇL: "Sabah"ın rəqibi bilindi

01:18

KL: "Panatinaikos" mərhələ adladı

01:10

AL: "İberiya" növbəti mərhələdə

11 Avqust 2026
23:11

"Sumqayıt" Renan Santananı heyətinə qatıb

22:54

Valdas Dambrauskas tarixi qələbədən sonra nə danışdı?

22:25

"Sabah" növbəti mərhələyə yüksəlməyə layiq idi" - "Orhus"un baş məşqçisi

22:12

Bəhruz Kərimov İsveçrə nəhəngində - RƏSMİ

21:53

ÇL: "Sabah" "Orhus"u Bakıdan "başıaşağı" yola saldı

21:19

"Mançester Yunayted"dən 34 milyonluq ulduz həmləsi

20:25

"Neftçi" macarıstanlı yarımmüdafiəçi ilə gücləndi - RƏSMİ

20:14

Musialanın transfer xəbərini yayan jurnalist həbs edildi

19:38

"Neftçi" basketbol klubu Cəbrayıl Əkbərovu heyətinə qatdı

19:07

Litvalı forvard "Sabah"ın şərəfini qoruyacaq

18:48

"Antidopinq maarifləndirmə" seminarı keçirildi

Facebookdan bizi izləməyi unutmayın.
X