
UEFA Çempionlar Liqasında pley-off mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, bu gün pley-offun daha 4 cavab görüşü baş tutacaq və beləliklə, Liqa mərhələsində oynayacaq bütün komandalar müəyyənləşəcək.
Maraqlıdır ki, bu gün üz-üzə gələcək bütün komandaların ötən həftəki duellərində heç-heçə qeydə alınıb. Başqa sözlə, bugünkü görüşün güclüsü cütün də qalibi olacaq.
Türkiyə təmsilçisi "Fənərbağça"nı Fransada "Olimpik Lion"la çətin duel gözləyir. Bundan başqa, "Dinamo Zaqreb" Norveçdə "Vikinq"in, "Levski" Yunanıstanda AEK-in, "Slovan" isə Sloveniyada "Selye"nin qonağı olacaq.
Xatırladaq ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində uğurla təmsil edən "Sabah" pley-offda "Hapoel Beer-Şeva"nı (İsrail) iki oyunun nəticəsinə görə üstələyərək (1:2, 5:2) Liqa mərhələsinə adlayıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
26 avqust
23:00. Olimpik Lion (Fransa) – Fənərbağça (Türkiyə) (ilk oyun - 1:1)
23:00. Vikinq (Norveç) – Dinamo Zaqreb (Xorvatiya) (ilk oyun - 2:2)
23:00. AEK Afina (Yunanıstan) – Levski (Bolqarıstan) (ilk oyun - 0:0)
23:00. Selye (Sloveniya) – Slovan (Slovakiya) (ilk oyun - 1:1)