
1-ci Liqanın ilk turunda "Şimal" ev oyunlarını keçirdiyi Şamaxı OİK stadionunda "Gəncəbasar"a 1:2 hesabı ilə məğlub olub.
Qonaqların baş məşqçisi Elhad Nəziri qələbə barədə fikirlərini Fanat Az-a bölüşüb:
"Ümumiyyətlə, çempionatın ilk oyunları hər zaman çox çətin olur. Buna baxmayaraq, komandamız qələbə qazandı. Qələbə çox vacib idi. Çünki rəhbərlik bizim üçün ən gözəl şəraiti yaradıb. Nə istəmişiksə, rəhbərlik komandanı onunla təmin edib. Ona görə borcumuz idi ki, kollektiv olaraq rəhbərliyin verdiyi o şəraitin, dəstəyin qarşılığını qələbə ilə verək. Futbolçularımı təbrik edirəm. İlk oyun hər zaman çətin olur. Çatışmayan məqamlar çoxdur, onun üzərində işləyəcəyik. Birinci matçdır və bunu nəzərdə tutub, futbolçularda tam istədiyim performansı görmədim. Özümdə də sual yarandı ki, bəlkə bu çempionatın ilk oyununun çətinliyidir, belə alınır, yoxsa, bəzi futbolçularda rahatlıq var..."
Nihat