
Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" komandasında baş məşqçi təyinatı gerçəkləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı bölgə təmsilçisinin mətbuat xidməti yayıb.
Klub Röyal Nəcəfovla müqavilə imzalayıb.
Anlaşmaya əsasən, mütəxəssis 2026/2027 mövsümün sonunadək bu vəzifəni icra edəcək. R.Nəcəfov bu postda Zaur Hacıyevi əvəzləyib.