23:34 07.07.2023 306

Üç sərbəst güləşçimiz AÇ-nin finalında

Macarıstanın Kaposvar şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, ikinci yarış günündə sərbəst güləşçilər mübarizəyə qoşulub.

38 kq

Müstəcəb Məmmədov 1/8 finalda ermənistanlı Erik Papikyana 0:5 hesabıyla məğub olub.

41 kq

Rəşid Nazarov moldovalı İvan Boqdana və belaruslu Aleksandr Medvedevə 10:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında isə Çingiz Sarıqlara "tuş"la məğlub olub.

44 kq

Ruslan Əlizadə belçikalı Amir Xaniqova (11:1) və fransalı Rinat Abuxadjiyevə (10:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Ancaq bu mərhələdə rusiyalı Sultan Rajbadinov keçilməz olub - 1:12.

48 kq

Həsən Həsənov 1/8 finalda rusiyalı Malik Salatayevə 0:4 hesabıyla məğlub olub.

52 kq

Fərid Ağazadə kosovalı Con Ramadaniyə (11:2), litvalı Klaydas Dildaya (10:0) və fransalı Alixan Kaxriyevə (13:5), Hüseyn İsmayılov isə belaruslu Yaqor Daroşkaya (9:2), polşalı Vojçiex Barexaya (6:0) və türkiyəli Muhammet Doğana (8:0) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Milli üzvləri finalın bir addımlığında üz-üzə gəlib. Hüseyn Fəridi 4:2 hesabıyla üstələyərək finala yüksəlib. İsmayılov həlledici görüşdə rusiyalı Baysanqur Osmayevlə güləşəcək.

57 kq

İsa Yusibov rumıniyalı Mark Kelemenə (11:0), yunanıstanlı Pavlos Ntiantiadisə (11:0), türkiyəli İsmayıl Mertkolluya (tuş) və ermənistanlı Davit Davtyana (tuş) tam üstünlüklə qalib gələrək finala vəsiqə qazanıb. Yusibov qızıl medal uğrunda rusiyalı Tuncay Verdiyevlə qarşılaşacaq.

62 kq

Nihad Abbasov belaruslu Kiril Pavliuçenkaya 10:0 hesabıyla qalib gələrək 1/8 finala yüksəlsə də, ermənistanlı Yegişe Mosesyanla bacarmayıb - 11:17.

68 kq

Rəşad Veysəlov 1/8 finalda rusiyalı İdris Albekova 2:5 hesabıyla məğlub olub.

75 kq

Hüseyn Məmmədtağızadə 1/8 finalda rusiyalı Arkadiy Çerkaşinə (1:12), Nihad Quliyev isə eyni mərhələdə bu ölkənin digər təmsilçisi İslam Abasuva (2:3) uduzub.

85 kq

Amin Nəsibov startda belaruslu Timur Sakirkinə (10:0), Hakim Tağıyev isə latviyalı Ernests Stabinsə (5:2) gücünü göstərib. 1/4 finalda komanda yoldaşına şans tanımayan (10:0) Nəsibov yarımfinalda türkiyəli Beytullah Sarını (8:5) da məyus edərək adını finala yazdırıb. Aminin həlledici görüşdə rəqibi rusiyalı Kantemir Qiqiyev olacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X