"Zirə" və "Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki ev və səfər oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, "Zirə"nin qonaq qismində Xorvatiya "Osiyek"inə qarşı mübarizə aparacağı ilk dueldə ədaləti yunanıstanlı Aristotelis Diamantopoulos qoruyacaq.
Tərəflərin "Dalğa Arena"dakı cavab qarşılaşması isə avstriyalı Xulian Veinbergerə tapşırılıb.
İrlandiyada "Sent-Patriks Atletik” və "Sabah" arasındakı ilk dueldə islandiyalı Vilhjalmur Thorarinsson fit çalacaqsa, Masazırdakı cavab oyununda rumıniyalı Marsel Birsan iş başında olacaq.
Qeyd edək ki, bu raundun ilk matçları 8 avqustda, cavab oyunları avqustun 15-də keçiriləcək.