
AFFA prezidenti Rövşən Nəcəf "Sabah", "Qarabağ" və "Zirə" komandalarında avrokuboklarda uğurlar arzulayıb.
Fanat.Az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib:
"UEFA klub turnirlərinin təsnifat mərhələlərinə start verilir. Üç gün ərzində "Sabah", "Qarabağ" və "Zirə" müvafiq olaraq Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələlərində ölkəmizi təmsil etmək üçün meydana çıxacaqlar. Təmsilçilərimizə ölkəmizi layiqincə təmsil etmək yolunda uğurlu nəticələr arzulayıram".