
"Zirə"nin UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "qartallar" 2-ci raundda Estoniya təmsilçisi "Payde"ni mübarizədən kənarlaşdırmağı bacarsalar, "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi ilə qarşılaşacaqlar.
Xatırladaq ki, UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin matçları 6 və 13 avqust tarixlərində baş tutacaq. "Zirə" 1-ci təsnifat mərhələsində Kutaisi "Torpedo"sunu hər iki matçda 3:0 hesabı ilə yenib.
Toğrul