İspaniya Superkuboku uğrunda final görüşündə "Barselona" "Atletik"ə əlavə vaxtda 2:3 hesabı ilə məğlub olaraq kubokdan məhrum olub.
Fanat.Az xəbər verir ki, qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış "Barselona"nın ulduz futbolçusu Lionel Messi qırmızı vərəqə alaraq meydandan qovulub. O, rəqib komandanın oyunçusu Asyer Vilyalibreni vurduğu üçün hakimin qəzəbinə tuş gəlib.
"Marca"nın yaydığı xəbərə görə, 34 yaşlı hücumçu 4 oyunluq cəzalana bilər.
Qeyd edək ki, ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.
Fanat.Az