15:31 01.03.2023 509

"Qarşımıza konkret tapşırıq qoyulub" - Tyaqo Bolinya

DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Yunanıstan və Polşa yığmaları ilə qarşılaşacaq Azərbaycan millisi fevralın 27-dən təlim-məşq toplanışını davam etdirir. 

Fanat.Az xəbər verir ki, dünən 2 məşq keçən komandanın əsas qol ümidlərindən olan Tyaqo Bolinya oyunlarla bağlı, eləcə də komandadakı ab-hava haqda futzal federasiyasının mətbuat xidmətinə danışıb:

“Keçirəcəyimiz hər iki oyun bizim üçün əhəmiyyətlidir. Çünki komandanın qarşısına konkret tapşırıq qoyulub: əsas mərhələni qrup lideri kimi tamamlamaq. Bunun üçün də yaxşı şansımız var.

Əvvəlcə Bakıda Yunanıstan millisini qəbul edəcəyik. Oyun kənardan asan dəyərləndirilsə də, bizim üçün meydanda hadisələr heç də proqnozlaşdırıldığı kimi olmayacaq. Bunun üçün yaxşı hazırlaşmalı, oyuna konsantrasiya olmalıyıq. Düzdür, Afinada rəqibimizi 7:0 hesabı ilə yenmişik. Ancaq hər oyun fərqli olur. Rəqibimizə hörmətlə yanaşmalıyıq.

Polşa ilə matça gəldikdə, bu duel çox çətin keçəcək. Onlar fiziki cəhətdən güclü, təcrübəli futzalçılardan təşkil olunmuş komandadır. Bakıdakı matçı da xatırlasaq, vəziyyət aydın olar.

Hazırda turnir cədvəlinə Azərbaycan millisi başçılıq edir. Son iki matçdan sonra da hazırkı mövqeyimizdə yer almaq istəyirik. Şansımızı düzgün dəyərləndirməyə çalışacağıq.

Komandada atmosfer çox yaxşıdır. Demək olar, hamımız yaxşı formadayıq, öz klublarımızda daimi oynayırıq, hazırıq. Problem vaxt azlığı ilə bağlıdır. Bu müddəti də FİFA təyin edir. Biz keçirəcəyimiz 5 məşqdən maksimum istifadə etməli, baş məşqçinin taktiki tapşırıqlarını mənimsəməliyik. Əmin ola bilərsiniz ki, meydana kim çıxsa, bacardığının ən yaxşısını edəcək. Yeri gəlmişkən, azarkeşlərimizə səslənirəm: martın 3-də hər birinizi Bakı İdman Sarayında gözləyirik. Dəstəyiniz bizim üçün vacibdir. İndiyə qədər bizi yalqız buraxmamısınız, bu dəfə də belə olacağına əminəm”.

Qeyd edək ki, Azərbaycan millisi martın 3-də, saat 20:00-da, Bakı İdman Sarayında Yunanıstan, 4 gün sonra Koszalin şəhərindəki idman zalında, yerli vaxtlar saat 20:00-da (Bakı vaxtı ilə saat 23:00-da) Polşa yığması ilə qarşılaşacaq. 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

26 İyun 2026
02:29

"Qarabağ"ın yeni transferindən ilk rəsmi açıqlama

01:57

DÇ-2026: Ekvador millisi Almaniyanı "yıxdı", Fildişi Sahilindən inamlı qələbə

00:47

172 milyon dollarlıq transfer rəsmiləşmək üzrədir

25 İyun 2026
23:50

Türkiyə millisinə ağır təhqir: "Gedin, qolf oynayın!"

22:42

Minayə Əkbərova Qazaxıstanda beynəlxalq turnirdə qızıl medal qazanıb

22:12

Dünya çempionatında Afrika möcüzəsi

21:43

"Mançester Yunayted" qapını təcrübəli qolkiperə tapşırır

21:20

"Komo"dan müdafiəyə gücləndirmə

20:42

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə transfer tələbi

20:15

Morqan Rocers üçün "topçular" iş başında

19:37

"Qarabağ" yamaykalı vingerlə gücləndi

19:10

Dünya Kubokunda tarixi rekord

18:41

"Arsenal" Qabriel Jesus üçün qiyməti endirdi

18:14

"Arsenal" gənc ulduz üçün rəsmi təklif etdi

17:49

Bölgə təmsilçisi çempionluğa oynayacaq - Maaş büdcəsi bilindi

17:23

İngiltərə millisinin 2 ulduzu qrupdakı son oyunu buraxa bilər

17:04

Birinci Liqa təmsilçisi Türkiyəyə gedir

16:45

İspaniyanın məşhur klubu adını dəyişdi

16:27

"Bu komandanın xüsusi xarakteri var" - Xavyer Aqirre

16:09

"Səbail" 5 legioner transfer edəcək - "Çempionluq yolunda Mehdinin bizə çox köməyi dəyəcək"

15:51

Oyarsabal "Barselona"ya keçəcəyi ilə bağlı yayılan məlumatları təsdiqlədimi? - AÇIQLAMA

15:33

"Braziliya millisinin istədiyi oyunu onlara hədiyyə etdik" - Stiv Klark

15:15

“Dünya çempionatı üçün Azərbaycanın seçilməsi AFFA ilə FIFA arasında uğurlu əməkdaşlığın nümunəsidir” - Rövşən Nəcəf

15:06

"Dünya çempionu olmaq məqsədimizə inanmalıyıq" - Mərakeş seçməsinin baş məşqçisi

14:48

"Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm" - CAR millisinin çalışdırıcısı

14:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:22

"Şamaxı"nın azərbaycanlı istedadı legioner həyatı yaşayacaq?

14:01

Seneqallı müdafiəçi daha bir il "Qəbələ"də - RƏSMİ

13:44

Vinisius: "Başla qol vurmağım üçün Ançelotti mənə hədiyyə vəd etmişdi"

13:25

"Araz-Naxçıvan" kapitanı ilə bağlı qərarını rəsmən açıqladı

13:07

"Bu səviyyədə çıxış edə biləcək daha çox oyunçuya sahib olmalıyıq"

12:48

Çexiya - Meksika matçının ən yaxşı oyunçusu bilindi

12:30

Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək

12:12

"Zirə"dən ayrılan yarımmüdafiəçi "Araz-Naxçıvan"da - RƏSMİ

11:53

Cənubi Koreyanın baş məşqçisi CAR-a məğlubiyyətə görə məsuliyyət daşıyan şəxsin adını açıqladı

11:27

Ançelotti Şotlandiya ilə oyundakı darmadağın barədə nə danışdı?

11:09

Mehdi Cənnətovun yeni klubu bilindi - RƏSMİ

10:51

FİFA daha bir dünya çempionatının evsahibliyini Azərbaycana verdi

10:30

Bir qol və bir məhsuldar ötürmə ilə diqqət çəkdi, matçın ən yaxşı oyunçusu oldu

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X