Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Moskva şəhərində təşkil olunmuş Avropa Liqası (Euro Beach Soccer League) turnirində ikinci oyununu keçirib.
Fanat.Az xəbər verir ki, İsveçrə yığması ilə qarşılaşan millimiz 2:6 hesabı ilə məğlub olub. Komandamızın qollarını Amid Nəzərov və Orxan Məmmədov vurub.
Millimiz turnirdə son oyununu sabah Polşa yığmasına qarşı keçirəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol