UEFA Millətlər Liqasının Farer adaları - Azərbaycan matçının hakimlərindən biri dəyişdirilib.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əlavə köməkçi-hakim Vladislav Bezborodovu Sergey Lapoçkin əvəzləyib. Dəyişikliyin səbəbi açıqlanmayıb.
Qeyd edək ki, oktyabrın 11-də Torshavn şəhərindəki Torsvollur stadionunda baş tutacaq görüşü Aleksey Yeskovun başçılıq etdiyi rusiyalı hakimlər briqadası idarə edəcək. Baş hakimə Dmitri Mosyakin və Anton Averyanov yardımçı olacaq. Dördüncü hakim funksiyasını Valeri Dançenko yerinə yetirəcək. Əlavə köməkçi-hakimlərdən biri isə Mixail Vilkov olacaq. Hakim-inspektor andoralı Salustia Çato Çipres, UEFA nümayəndəsi isə rumıniyalı İonel Piskanudu.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol