"Yenidən vətənim üçün oynamağı aruzlayırdım. Düzü, milli komandadan bu qədər tez dəvət alacağımı gözləmirdim. Buna görə klubum "Proyssen Münster”ə və məşqçilər korpusumuza təşəkkür edirəm”.
Fanat.Az xəbər verir ki, bunu yenidən Azərbaycan millisinə dəvət alan Almaniyanın "Proyssen Münster” klubunun futbolçusu Rüfət Dadaşov "Bild”ə müsahibəsində deyib.
27 yaşlı hücumçu bildirib ki, yığmadakı rəqabətin səviyyəsindən xəbərsizdi. O, Millətlər Liqasının oyunlarında meydana çıxacağına ümid etdiyini söyləyib: "Əlbəttə ki, oynayacağıma ümid edirəm. Lakin hücum xəttində rəqabətin hansı səviyyədə olduğunu bilmirəm. Uzun müddətdi milliyə çağırılmadığımdan digər oyunçuların çoxundan xəbərim yoxdu".
Rüfət Bakıda qohumları ilə görüşdüyünü bildirib: "Bura gələndə qohumlarım məni ziyarət etdi, onlarla söhbətləşdim. Hər kəsi yenidən görmək çox gözəl idi".
Azərbaycan millisi Millətlər Liqasında oktyabrın 11-də səfərdə Farer adaları, 14-də isə Bakıda Malta ilə qarşılaşacaq. Forvardın fikrincə, yığmanın hər iki oyunda qalib gəlmək şansı var və bunun üçün əllərindən gələni edəcəklər: "Bizim hər iki görüşdə qalib gəlmək şansımız var. Bunun üçün əlimizdən gələni edəcəyik".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol