23:05 19.11.2018 1427

Qurban Qurbanov: "Bunların hamısı düşündüyümüz kimi alınsa..."

"Son oyunumuza çıxırıq. Hər iki komanda üçün çox vacib qarşılaşmadı. İlk gündən bu rəqibə böyük hörmət bəsləyirəm. Futboçularının ustalıq səviyyəsi yüksəkdi. Ancaq komandama inanıram və hazırı".

Fanat.Az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda Kosovo ilə səfər oyundan öncə mətbuat konfransında deyib.

Baş məşqçi sabah komandamızın hücumda oynayacağını bildirib: "Rəqib komanda hücumameylli oynayır. Üstəlik, evdə oynayırlar. Hər bir halda təcrübəli baş məşqçiləri var. Daha düzgün qərarı o, verə bilər. Əlbəttə, biz də hücumda oynamağa çalışacağıq. Əsas bizim hücumda oynamağımızdı. Nə qədər təzyiq göstərə bilsək, onlar bir o qədər müdafiəyə oturacaqlar. Ancaq bir daha qeyd edirəm ki, Kosovonun hücum potensialı daha çoxdu".

Mütəxəssis rəqib baş məşqçi Bernard Şallanda Azərbaycanı favorit hesab etməsinə görə təşəkkür edib: "Xoş sözlərə görə ona təşəkkürümü bildirirəm. Bu gün əlavə fikirlər bildirsəm, tərif olacaq. Bu komandanın böyük potensialı var. Həm azarkeşlər, həm də doğma meydan amili rəqib tərəfdədi. Xal fərqində də öndədilər. Amma mən Farer adaları ilə oyundan sonra da demişdim ki, Kosovoya qələbə üçün gedirik. Bunu futbolçular da dərk edirlər. Mənim üçün göstərilən oyun, ortaya qoyulan xarakterdi. Bunların hamısı düşündüyümüz kimi alınsa, uğur bizim tərəfdə olacaq. Amma bu dəqiqə kimin favorit olduğuna dair fikir yoxdu. Səfərdə oynayırıq və nəticə üçün nə lazımdırsa, onu fikirləşirik".

Qurban Qurbanov zədəli futbolçularla bağlı da məlumat bildirib: "Pavel Paşayevlə bağlı qərar sabah veriləcək. Kamran Ağayev oynamayacaq. Qalanlarının kiçik zədələri var. Düşünürəm ki, oyunadək tam hazır olacaqlar. Çox istərdim ki, futbolçular sağlam olsunlar. Amma mən zədələri düşünmək istəmirəm. Sabah meydana hər bir futbolçunu ürəklə buraxa bilərəm. Bunun üçün onların istək və həvəslərini görürəm".

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

Facebookdan bizi izləməyi unutmayın.
X