UEFA Millətlər Liqasında qrup mərhələsi başa çatıb.
Fanat.Az xəbər verir ki, 55 komanda 4 Liqada sentyabr-noyabr aylarında mübarizə aparıb.
Reytinqə görə 12 ən güclü komnada A Liqasında mübarizə aparıb. Onlar hər birində 3 komanda olmaqla 4 qrupa bölünüb. Qrup qalibləri - Hollandiya, İsveçrə, Portuqaliya və İngiltərə 2019-cu ilin 5-9 iyun tarixlərində Portuqaliyada keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
A Liqasında qrup sonuncusu olan Almaniya, İslandiya, Polşa və Xorvatiya B Liqasına yuvarlanıb. Əvəzində B Liqasında qrup qalibləri olan Ukrayna, İsveç, Bosniya və Hersoqovina və Danimarka A Liqasına yüksəlib. B Liqasında son pilləri tutan Slovakiya, Türkiyə, Şimali İrlandiya və İrlandiya C Liqasına düşüb.
D Liqasının qruplarında ilk pillələri tutan Şotlandiya, Finlandiya, Norveç və Serbiya B Liqasında mübarizə aparmaq hüququ qazanıb. Bu liqanın I qrupunda 3 komanda mübarizə apardığından D Liqasına düşən olmaıb. Əvəzində 3-cü yerləri tutan komandalar arasında ən pis nəticəcəni göstərən Cənubi Kipr aşağı liqaya yuvarlanıb. Qalan 3 qrupda 4-cü pillədə qərarlaşan Estoniya, Sloveniya və Litva da növbəti mövsüm D Liqasında mübarizə aparacaq.
D Liqasında Gürcüstan, Belarus, Kosovo və Makedoniya C Liqasına vəsiqə qazanıb. Bu liqanın III qrupunda mübarizə aparan Azərbaycan 2-ci pilləni tutub.
Qeyd edək ki, D liqasının qrup qaliblərinin "AVRO-2020"nin seçmə mərhələsini keçə bilməyəcəyi "play-off" mərhələsində yarışacaqlar. Millətlər Liqasının reqlamentinə görə seçmə mərhələni keçə bilməyən və öz liqasının qrupunda ən yaxşı nəticə göstərən komandalar Avropa çempionatına vəsiqə uğrunda daha bir şans qazanacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol