İrlandiya millisinə yeni baş məşqçi təyin edilib.
Fanat.Az xəbər verir ki, komandanı bundan sonra Mik Makkarti çalışdıracaq. O, bir neçə gün əvvəl istefa verən Martin Onili əvəzləyib.
Mik Makkarti "AVRO-2020"i başa çatana kimi yığmanı çalışdıracaq. Çempionatdan sonra isə mütəxəssisi Stefan Kenni əvəzləyəcək.
Qeyd edək ki, Mik Makkarti 1996-2002-ci illərdə də İrlandiya yığmasının baş məşqçisi olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol