Milli komandamızın "AVRO-2020"nin seçmə mərhələsindəki ev oyunlarından ikisinin stadionu dəyişdirilib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya ilə keçiriləcək qarşılaşmalar əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı Olimpiya Stadionunda (BOS) deyil, "Bakcell Arena"da oynanılacaq.
Mayın 29-da BOS-da Avropa Liqasının final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, final matçı başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxt nəzərə alınaraq bu qərar verilib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol