Qazaxıstan Premyer Liqasında 10-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi "Turan" da növbəti matçına çıxıb.
Türküstan təmsilçisi öz meydanında Karaqanda "Şaxtyor"unu 2:0 hesabı ilə yenib. Hələ də debütünü reallaşdırmayan Balayev sonadək ehtiyatda qalıb.
Hazırda 11 xalı olan "Turan" çempionatın turnir cədvəlində 10-cu yerdədir.
Nihat