
Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov çıxış etdiyi “Ersgebirge”də 2021/2022 mövsümünün ən yaxşı oyunçusu seçilib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Nazarov klubun azarkeşləri arasında keçirilən sorğuya əsasən, bütün komanda yoldaşlarını qabaqlayıb.
Dmitri 719 səs toplayıb ki, bu da ümumi səslərin 55,9 faizi olub.
Qeyd edək ki, “Ersgebirge” yeni mövsümdə Almaniyanın 3-cü liqasında mübarizə aparacaq.
Nihat