Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiol DÇ-2022-nin qrup mərhələsinin 3-cü turu çərçivəsində Belçika ilə oyundan (0:0) sonra klub karyerasını harada davam etdirəcəyi barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Layptsiq"in futbolçusunun dediklərini "The Athletic" belə çatdırıb:
"Çelsi"yə keçib-keçməyəcəyim hələ bilinmir. Agentim bu işlə məşğul olacaq. Sonra durumu dəyərləndirəcəyik. Hazırda "Layptsiq"də xoşbəxtəm. İndi burada qalmaq, oynamaq istəyirəm.
Ancaq həyatın işini bilmək olmaz. "Çelsi" böyük klubdur. Ola bilsin ki, nə vaxtsa orada oldum. London klubuna keçəcəyimlə bağlı yazılanları oxumaq xoşdur. "Çelsi"də yığmadakı komanda yoldaşım Mateo Kovaçiç də çıxış edir. Onunla bu barədə danışmışam".