Almaniya millisinin sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger ölkəsinin yığmasının Qətərdə keçirilən dünya çempionatında qrupda qalmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, ARD onun dediklərini belə çatdırıb:
"Kosta-Rika ilə oyunda çox pis təsir bağışladıq. Bizim müdafiədə yalnız bir yüksək səviyyəli futbolçumuz var. Bu, Antonio Rüdigerdir. Digərləri orta səviyyəli futbolçulardır. Yaxşı müdafiə formalaşdırmalıyıq".
Xatırladaq ki, qrup mərhələsinin ilk turunda Yaponiyaya 1:2 hesabı ilə uduzan almanlar ardından İspaniya ilə heç-heçə edib (1:1), 3-cü turda isə Kosta-Rikanı yenib - 4:2. Lakin topladığı 4 xal sözügedən komandanın qrupdan çıxmasına bəs etməyib.