Fransa millisinin hücumçusu Randal Kolo Muani yığmadakı komanda yoldaşı Usman Dembelenin qəribə fobiyası olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Get French Football News" Randalın dediklərini belə çatdırıb:
"Usman pişiklərdən çox qorxur. Bəzən Qətərdə küçəyə çıxırıq. Burada pişik çoxdur. Dembele onlarla üzləşəndə elə qorxur ki, hamımız gülürük".
Xatırladaq ki, son turda Tunisə uduzan (0:1) Fransa 1/8 finala D qrupunun lideri kimi yüksəlib. "Xoruzlar" pley-offda Polşa ilə üz-üzə gələcək.