Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzaladığı ilə bağlı deyilənlərə aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, o, bu barədə “Record” nəşrinin əməkdaşının sualını cavablandırıb:
“Xeyr, bu, doğru deyil”.
Qeyd edək ki, Ronaldu “Mançester Yunayted”lə müqaviləsinə xitam verildikdən sonra klubsuzdur. Daha öncə İspaniyanın “Marca” qəzeti portuqaliyalı hücumçunun “Əl-Nəsr”lə müqavilə bağladığını və transferin yanvarın 1-də reallaşacağı haqda informasiya yaymışdı.