"Milan"ın prezidenti Paolo Skaroni Olivye Jirunun dünya çempionatındakı çıxışı ilə bağlı təəssüratlarını bölüşüb.
Fanat.Az "Football Italia" klub funksionerinin fikirlərini belə təqdim edib:
“O, yaxşı performans sərgiləyir və düşünürəm ki, fransızların yarımfinala yüksəlməsi Jirunun çıxışından çox asılı idi. Jiru "Milan"da yenidən canlandı, bizdə yeni motivasiya tapdı. Nəticədə milli komandaya dəvət aldı. Deyə bilərik ki, Fransanın dünya çempionatında uğur qazanmasına töhfə vermişik”.
Xatırladaq ki, Olivye Jiru DÇ-2022-də dörd qol vurub. Təcrübəli forvard 2021-ci ilin yayında "Çelsi"dən "Milan"a keçib və "rossonerilər"in 11 ildə ilk dəfə İtaliya çempionu olmasına kömək edib.
Mirağa