DÇ-2022-nin yarımfinal matçından - Fransa - Mərakeş qarşılaşmasından (2:0) sonra 14 yaşlı yeniyetməni avtomobillə vuraraq öldürən fransız azarkeş döyülüb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Actu" yayıb.
Xəbərə görə, ölən yeniyetmənin dostları həmin şəxsi döyərək ona ciddi xəsarətlər yetiriblər. Mənbə nəqliyyat vasitəsi ilə cinayət törədən orta yaşlı kişinin hazırda xəstəxanada olduğunu və polislər tərəfindən mühafizə edildiyini vurğulayıb.
Qeyd edək ki, hadisə sözügedən oyunun ardından Fransanın Monpelye şəhərində qeydə alınıb. Belə ki, bir qrup Mərakeş əsilli tərəfdar avtomobili milli bayraqlarla bəzəyərək qələbəni bayram edən fransız fanatlara hücum edib. Xuliqanlardan biri pəncərədən çıxarılmış bayrağı götürmək istəyərkən sürücü maşını yerindən tərpədib və nəticədə 14 yaşlı yeniyetmə əzilərək həyatını itirib.
Nihat