Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo 2023-cü il üçün nəzərdə tutulan "Qızıl top" mükafatını hansı futbolçunun qazana biləcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "L'Equipe" onun dediklərini belə çatdırıb:
"Dünya çempionatının finalında kim qol vursa, onun "Qızıl top"a sahib çıxmaq ehtimalı ciddi şəkildə artacaq. Düzü, mundialdakı 7 oyunu üyksək səviyyədə keçirməklə mövsüm boyu əla görünmək fərqli anlayışlardır. Yəni dünya çempionatının əsas götürülməsi məncə, o qədər də ədalətli yanaşma deyil. Ancaq biz istəsək də, istəməsək də belədir.
Ümid edirəm ki, finalda açıq oyuna baxacağıq. Hər şey başlanğıcdan, erkən qolun vurulub-vurulmamasından asılı olacaq. Hər iki tərəfdə oyunun axarını istənilən anda dəyişə biləcək oyunçular var".
Xatırladaq ki, DÇ-2022-nin final oyunu bu gün, Bakı vaxtı ilə 19:00-da keçiriləcək. Həlledici matçda Fransa və Argentina üz-üzə gələcək.
Nihat