16:01 07.02.2023 630

Şahruddini millidə kim əvəzləməlidir? - SORĞU

"Qarabağ"ın və millinin əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin yanvarın ortalarında ciddi xəsarət alaraq uzun müddətə sıradan çıxması yerli futbolsevərləri qayğılandırmaya bilməz. Ağdam təmsilçisinin Antalya toplanışında qolu sınan və aprelin sonlarına qədər məşq edə bilməyəcəyi dəqiqləşən 28 yaşlı qolkiper yığmanın AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində gələn ay keçirəcəyi qarşılaşmaları kənardan baxacaq. Dəqiqləşdirsək, Məhəmmədəliyev millinin martın 24-də Avstriya, 27-də isə İsveçlə səfər matçlarında olmayacaq. Onun yoxluğunda baş məşqçi Canni De Byazinin start "11-lik"də hansı qolkiperə şans verəcəyi istənilən halda, maraq doğurur. Bəs görəsən, ölkə idmanını yaxından izləyən media mənsubları bu barədə nə düşünür?

Bir neçə tanınmış idman jurnalisti Fanat.Az-ın "Şahruddini yığmada kim əvəz etməlidir" sualını cavablandırdı.

Mahir Rüstəmli, "Futbol+" qəzeti: "Təəssüf ki, hazırda Şahruddini millidə tam şəkildə əvəz edə biləcək qapıçı yoxdur. Yığmanın məşqçilər korpusunun seçim baxımından əziyyət çəkəcəyini düşünürəm. Bir məqamı unutmayaq ki, millinin AÇ-2024-ün seçmə mrəhələsi çərçivəsində çıxacağı ilk matça qədər Azərbaycan Premyer Liqasında daha 6 tur keçiriləcək. Yəni qarşıdakı turlarda hansı qapıçının necə təsir bağışlayacağı da şərtdir. İndiki anda Səlahət Ağayev, Yusif İmanov və Mehdi Cənnətovu seçmənin heyətində yer almağa layiq sayiram. Səlahəti isə start "11-lik"də  görürəm".

Ceyhun Rzayev, ATV : "Seçim məhduddur. De Byaziinin iki variantı qalır: Səlahət Ağayev və Emil Balayev. Qapıda ikisindən biri dayanacaq. Hər ikisinin kifayət qədər beynəlxalq oyun təcrübəsi var. Hər iki qapıçının marta qədər klublarındakı çıxışı yaxından izləniləcək, hansı daha yaxşı formada olsa, əsas heyətdə meydana buraxılacaq".

Kənan Məstəliyev, "Rekord.az" saytı: "Çempionatın gedişatını izləmək lazımdır. Millinin oyunlarına yaxın vaxtda kim ən yaxşı formada olsa, kim özünü ən yaxşı tərəfdən göstərə bilsə, o da qapıda yer almalıdır. Mən son vaxtlar "Sabah"dan Yusif İmanovun oyununu çox bəyənirəm və bu gedişlə onun startda olmasına təəccüblənmərəm. "Qarabağ" son vaxtlar Amin Ramazanova şans verməyə başlayıb. Düzdü, çox da yaxşı oynamır, amma bilmək olmaz qarşıdakı bir ayda nələr olacaq. Bu, digər qolkiperlərə də aiddir. Milli zirvədir, orda ən yaxşılar oynamalıdır".

Rəşad Ergün, "Komanda.az" saytı: "Şahruddinin zədələnməsi təkcə "Qarabağ"ı yox, milli komandani da çətin durumda qoydu. Bu da o deməkdir ki, bəzi insanlar Məhəmmədəliyevi nə qədər tənqid etsə də, hazırda ölkə futbolunda ondan daha yaxşı qapıçı yoxdur. Amma "Qarabağ"la müqayisədə millinin seçim imkanı daha çoxdur. Düşünürəm ki, Emil Balayev millidə Şahruddini layiqincə əvəz edə bilər. Balayev potensialı olan, amma təəssüf ki, hələ də bu potensialını tam aça bilməyən qapıçılardandır".

Habib Aslanov, "Sportinfo.az" saytı: "Ölkə futbolunda səviyyəli qapıçı çatışmazlığını nəzərə alsaq, gözlər 3-4 əlcək sahibinə dikilir. Mənə görə indiki vəziyyətdə ən real namizəd Səlahət Ağayevlə Yusif İmanovdur. Təbii ki, Emin Balayevi də diqqətdən qaçırmaq olmaz. Start "11-lik"dən danışmalı olsaq, Salahətin adını çəkə bilərəm. Amma oyunlara 1 aydan çox vaxt var".

Daşqın Əziz, "Offsideplus.az" saytı: ""Şahruddinin yoxluğu həm milli, həm də "Qarabağ" üçün böyük itkidir. Onun yoxluğunda əsas seçim Səlahət Ağayev və Emil Balayev arasında olacaq. Onlara yaxın olanlardan təcrübə baxımından Mehdi Cənnətovun adını çəkə bilərəm ki, o da son oyunlarda çox zəif təsir bağışladı. Aqil Məmmədov oynasaydı, onun da adını siyahıda görə bilərdik. Düzdür, Yusif İmanov da milliyə çağırılmağa real namizədlərdəndir. Artıq vaxt yetişib. Çempionat oyunlarında qapıda stabil durmağı, soyuqqanlılığı, ayaqla yaxşı oynamağı, bir sözlə, bərkə-boşa düşməyi onu ön plana çəkir. Amma bir məqam da var ki, "Sabah"ın bumövsümkü uğurlu çıxışı, ələlxüsus müdafiə xəttinin potensialı Yusifin üzərinə çox yük salmır. Azərbaycan çempionatı üçün yaxşı qapıçıdır. Ancaq onun əsl potensialı beynəlxalq oyunlarda bilinəcək. Bu üzdən gənc qolkiperə şans verilə bilər. Ümumilikdə isə əsas seçim Səlahətlə Emil arasında olacaq. Bu barədə yekun qərarı  məşqçilər verəcək". 

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X