Fevralın 9-da, 10-da və 12-də keçiriləcək futzal üzrə yüksək, birinci və ikinci liqaların oyunlarının məkanı dəyişilib.
Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışlar əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı İdman Sarayında yox, "Olimpik Star"da keçiriləcək. Bununla əlaqədər fevralın 10-da keçiriləcək oyunların başlama saatlarında da dəyişiklik edilib.
Bundan başqa, qardaş Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi Azərbaycan Futzal Federasiyasının bayrağı altında keçirilən liqalarda 1 dəqiqəlik sükutla anılacaq.
10 fevral, Olimpik Star
Saat 20:15 Dəstə Ordubad – U-17
Hakimlər: Məmmədəli Kərimov, Xəlil Xəlilov, Hidayət Feyzullayev
Hakim-inspektor: Murad Məmmədov
Saat 21:15 Alyans Qrup – Baku Fire-2
Hakimlər: Rza Məmmədov, Əli Cəbrayılov, Şakir Quliyev
Hakim-inspektor: Elçin Səmədli
Saat 22:15 VİFLY – STAR kargo
Hakimlər: Elgün Hüseynov, Ramil Namazov, Hidayət Feyzullayev
Hakim-inspektor: Mehman Mahmudov