
"Sumqayıt"ın prezidenti Riad Rəfiyevin "Turan Tovuz"un formasını geyinən Ayxan Quseynovu rəhbərlik etdiyi kluba səsləsə də, onun istəyinə çatacağı real görünmür.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov "Zenit"in 23 yaşlı yetirməsinin komandada qalmasını vacib sayır.
Bölgə təmsilçisi ilə yeni 3 illik müqavilə bağlayan Abbasov artıq adaşı ilə görüşərək mövcud durumla bağlı söhbət edib və ona güvəndiyini diqqətinə çatdırıb. Bu görüşdən sonra "Turan Tovuz"la yeni sözləşmə imzalayacağı halda, daha çox qazanacağını da anlayan Quseynovun iş yerini dəyişmək ehtimalı aşağı düşüb. Xüsusi nəsə baş verməsə, azarkeşlər sözügedən oyunçunu növbəti mövsümdə də tovuzluların sıralarında görəcək.
Nihat