
Növbəti mövsümdən 5 illik inkişaf planını həyata keçirməyi hədəfləyən "Neftçi" rəhbərliyinin əsas hədəflərindən heyətdə gənc və səviyyəli yerlilərin sayını artırmaqdır.
Fanat.Az-ın məlumatına görə, Bakı təmsilçisi "Turan Tovuz"un forvardı Ayxan Quseynovla da maraqlanır.
Düzdür, bu gün üçün bakılılar Ayxanın heyətə qatılmasını vazkeçilməz hədəf saymır. Lakin cari mövsüm Tovuz təmsilçisinin forması ilə uğurlu futbol sərgiləyən Quseynovun performansı "ağ-qaralar"ın bossları arasında bir neçə dəfə müzakirə olunub.
Quseynovun "Turan Tovuz"la müqaviləsinin müddəti bu yay başa çatacaq. "Zenit"in 23 yaşlı yetirməsini sıralarına cəlb etmək istəyənlər arasında "Sumqayıt" da var. Çempionatın turnir cədvəlində autsayderlər qrupunda qərarlaşan "kimyaçılar"ın prezidenti Riad Rəfiyev Ayxanla şəxsən əlaqə saxlayaraq onu Sumqayıt təmsilçisində görmək istədiyini deyib.
Nihat