Cüdo üzrə Azərbaycan yığması Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirinin ümumi hesabında ikinci yerdədir.
Fanat.Az xəbər verir ki, yarışın ilk günü komandamız iki medal qazanıb: Turan Bayramov (60 kq) qızıl, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc mükafata yiyələnib.
Birinci yerdə Serbiya (2-1-0), üçüncü yerdə isə Qırğızıstan və Özbəkistan (1-0-0) qərarlaşıb. Ümumilikdə turnirin ilk günündə 12 ölkənin cüdoçuları fərqlənib.