
"Turan Tovuz" panamalı futbolçusu Roderik Milleri martın 22-də təqdim etsə də, onun xidmətindən istifadə edə bilmir.
Tovuz təmsilçisinin sözçüsü Süleyman Tağıyevun Fanat.Az-a verdiyi məlumata görə, səbəb Millerin transfer vərəqini FİFA-dan ala bilməməsidir.
Klub rəsmisi gözləmə mövqeyində olduqlarını, sənədlərin istənilən vaxt göndərilə biləcəyini vurğuladı.
Xatırladaq ki, Millerin son iş yeri İraqın "Əl-Mina" klubu olub.
Nihat