15:09 20.04.2023 590

Kubokun bombardiri kim olacaq?

Həftəiçi Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, paytaxtdan kənarda keçirilən hər iki matçda Bakı komandaları minimal hesabla uduzublar.

"Neftçi" səfərdə "Turan Tovuz"a 0:1, "Səbail" isə "Qəbələ"yə 2:3 hesabı ilə məğlub olub. Beləliklə, yarımfinalın ilk oyunlarında 6 qol vurulub ki, bu da son 14 mövsümün rekordunun təkrarıdır. 

Ümumiyyətlə, məhsuldar keçən hazırki kubok mövsümündə artıq 47 qol qeydə alınıb. Yarışa 14 komanda qatılsa da, qol sevincini yalnız 8 iştirakçı yaşayıb. Kubokun ən məhsuldar kollektivi 11 dəfə fərqlənən "Qəbələ", ən az qol vuran komandası isə "Qarabağ"dır (2).

Qəbələ - 11
Səbail - 10
Sabah - 7
Turan Tovuz - 6
Zirə - 4
Kəpəz - 4
Neftçi - 3
Qarabağ - 2

Qol sevinci yaşayan 8 komandadan isə 4-ü artıq mübarizəni kənardan seyr edir. Premyer Liqanı mükafatçı kimi başa vuracağı artıq dəqiqləşən "Qarabağ" və "Sabah", o cümlədən "Zirə" ilə "Kəpəz" çıxışını 1/4 finalda dayandırıb. Bu o deməkdir ki, sözügedən komandalardan heç kim kubokun bombardiri ola bilməyəcək.

Davam edən kubok mövsümündə 47 qol 37 futbolçunun ayağındadır. Ancaq onlardan 12-si bu sevinci daha yaşaya bilməyəcək. Başqa sözlə, 47 qolda imzası olanlardan 25-i yarımfinal iştirakçılarıdır və cavab oyunlarında, eləcə də finalda fərqlənmək imkanına da malikdirlər.       
Onu da qeyd edək ki, rəqib qapısına yol tapan 37 nəfərdən cəmi 8-i 2 və ya üç qol vura bilib. Hələlik şərikli bombardir hərəyə 3 qolla "Sabah"lı Emanuel Apeh və "Səbail"li Franko Mazurekdir. Apehin artıq kubokda olmadığını nəzərə alsaq, Mazurek, eləcə də aktivində 2 qol olan "Qəbələ"nin 3 braziliyalı hücumçusunun - Rafael Utziq, Ramon Maçado və Felipe Santosun bombardirliyə yiyələnmək şansı kifayət qədər realdır.

Franko Mazurek (Səbail) - 3
Emanuel Apeh (Sabah) - 3
Rafael Utziq (Qəbələ) - 2
Ramon Maçado (Qəbələ) - 2
Felipe Santos (Qəbələ) - 2
Musa Qurbanlı (Qarabağ) - 2
Davit Volkov (Sabah) - 2
Fərid Nəbiyev (Kəpəz) - 2 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
23:15

"Bakıda qələbə qazanaraq mərhələni keçmək istəyirik" - Rəşad Sadıqov

22:50

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra nə danışdı?

22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X