Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalara başlayıb.
Fanat.Az xəbər verir ki, futzal üzrə ölkə çempionunun mövsümlərarası fasilədə ilk transferi serbiyalı olub.
Serbiya millisinin üzvü Ninoslav Aleksiç qarşıdakı 1 il ərzində “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq. 28 yaşlı forvardın son klubu ölkəsində “Ekonomaç” olub.