Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Rumıniya ilə səfər oyununun keçiriləcəyi yer və vaxt müəyyənləşib.
Fanat.Az xəbər verir ki, sentyabrın 15-də keçiriləcək Rumıniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Görüş Buzau şəhərindəki "Romeo Lamandi" arenasında keçiriləcək.
Qeyd edək ki, millimiz qrupda Rumıniya, Niderland və Qazaxıstanla mübarizə aparacaq.