09:50 14.08.2023 641

"Bu qol həm komandam, həm də özüm üçün əhəmiyyətli idi"

Azərbaycan Premyer Liqasında ilk qələbəsini “Qəbələ” ilə matçda (2:0) qazanan “Araz-Naxçıvan”ın heyətində fərqlənməklə klubun tarixinə düşən İsmail Azzaui naxçıvanlıların bu mövsüm elitada ilk qolunun müəllifi olub. 

Fanat.Az xəbər verir ki, belçikalı yarımmüdafiəçi klubun saytına açıqlamasında qəbələlilərlə oyunu belə dəyərləndirib:

“Çətin oyun oldu. Qələbə qazansaq da, ən yaxşı oyunumuzu keçirdiyimizi deyə bilmərəm. İlk matçda “Turan Tovuz”la qarşılaşdıq. Müqayisə etsək, həmin dueldə də yaxşı çıxış etdik, sadəcə, epizodları düzgün dəyərləndirə bilmədik və yenildik. Həmin qarşılaşmadakı səhvlərimizdən nəticə çıxardıq və “Qəbələ”yə qarşı onları təkrarlamadıq. Vacib məqam epizodları məntiqi sonluğa çatdırmağı bacarmağımızdır. Komanda adım-adım irəliləyir. Kollektivimiz yeni yığışıb. Təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirmədən çempionata başladıq. Həmin vaxt görməli olduğumuz səhvləri, çatışmazlıqları rəsmi oyunlarda görürük. Çətinliklərimiz var, ağır məşqlərlə bunu yoluna qoymağa çalışırıq.

Cari mövsümdə komandamın ilk qolunu vurdum. Buna görə xoşbəxtəm. Bu qolu vurmaq özüm üçün də əhəmiyyətli idi. Çünki yeni ölkəyə, liqaya gəlmişəm. Adaptasiya baxımından vacibdir. Ən əsası, komandamın qələbə qazanması üçün üzərimə düşən işi gördüm. Ümid edirəm ki, bu qolun ardı gələcək.

Növbəti oyunda qarşılaşacağımız “Qarabağ” haqda çox eşitmişəm. Çempionatın ən güclü komandalarından biridir. Xüsusilə də avrokuboklardakı çıxışı ilə fərqlənir. Qarşıda 1 həftə vaxtımız var. Yaxşı hazırlaşacağıq, baş məşqçinin nə istədiyini, bizim meydanda nə edəcəyimizi öyrənəcəyik. Maraqlı oyun olacaq”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 İyul 2026
02:04

KL: Komandası qələbə qazandı, Mahir isə...

01:11

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

00:10

Azərbaycanlı döyüşçüdən növbəti parlaq qələbə

23 İyul 2026
23:15

"Bakıda qələbə qazanaraq mərhələni keçmək istəyirik" - Rəşad Sadıqov

22:50

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra nə danışdı?

22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

Facebookdan bizi izləməyi unutmayın.
X