
Bugünlərdə “Turan Tovuz”la yollarını ayıran Vüsal Məsimovun yeni komandası müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 23 yaşlı müdafiəçi digər qərb təmsilçisi “Kəpəz”ə qayıdıb.
Gəncə klubu rəsmi saytı vasitəsilə Məsimovla 1 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Vüsal Məsimov 2021-22 mövsümündə “Kəpəz”in şərəfini qoruyub.