16:05 22.11.2023 1160

"32 ildir məşqçiləri dəyişə-dəyişə gedirik" - Şahin Diniyev

AFFA-nın İcraiyyə Komitəsi bu gün millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırdı. Artıq vakant posta yeni baş məşqçinin kim olacağı əsas müzakirə mövzusudur. Yerli, yoxsa əcnəbi?

Bu sualla millinin sabiq çalışdırıcısı, "Səbail" klubunun baş məşqçisi Şahin Diniyevə üz tutduq. 

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"De Byazinin gedişi gözlənilən idi, burda təəcüblü bir şey yoxdur. Baş məşqçinin qalıb-qalmaması İcraiyyə Komitəsinin verdiyi qərardan aslıdır. İcraiyyə Komitəsi baş məşqçinin gördüyü işlər barəsində hesabatını dinləyir və qərar verir. Baş məşqçinin taleyi göstərdiyi nəticələrdən aslıdır. Futbol faktın üstündə dayanıb. Faktlar məşqçinin lehinədirsə, müqavilə uzadılır. Səmimi olsaq, bu qrupla bağlı gözləntimiz Estoniyanı hər iki oyunda məğlub etmək idi. Komandanın qarşısına Belçika, Avstriya və İsveçi keçmək, qrupdan çıxmaq kimi tələb qoyulmamışdı. İnsafən, milli minimum tapşırığa nail olub. Estoniyada məğlub olub axrıncı yerdə olsaydıq, müqaviləyə avtomatik xitam veriləcəkdi. İsveçi məğlub etməyimiz və 7 xal qazanmağımız normal nəticədir. Bu nəticələrdən sonra Canni De Byazinin azacıq da qalmaq şansı var idisə, axrıncı oyunda dedikləri o faizlərin üstündən xətt çəkdi. Jurnalistlərə qarşı təhqiramiz ifadə işlətməsi ilə taleyini özü həll etdi. 

Kiminsə gəlməsi ilə böyük dəyişiklik baş verməyəcək. Riyaziyyatda belə bir ifadə var ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. Biz cəmi dəyişməliyik. Toplananlar dedikdə məşqçi və futbolçuları nəzərdə tuturam. Bu millinin reallıqları var. Gələn məşqçi bu millini aşağı-yuxarı 10 faiz ya müsbət, ya da mənfi tərəfə apara bilər. Bu sarıdan kimin gəlməyindən aslı olmayaraq, böyük bir sıçrayış gözləməyinə dəyməz. Sıçrayış olması üçün futbolumuzda sistem olmalıdır. Futbolun inkişafı üçün yeni bir sistem yaranmalıdır. Hansısa inkişafda olan ölkənin sistemini də götürə bilərik. 32 ildir məşqçiləri dəyişə-dəyişə gedirik. Bütün problemi baş məşqçidə görürük. Bu 32 ildə baş məşqçilər dəyişdikcə, görürük ki, nəticələr yaxşılığa doğru dəyişmir. Azərbaycan futbolu və milli üçün strateji plan olmalıdır. Onda nəyəsə nail olmaq olar".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X