UEFA Avropa Liqasının qrup mərhələsinin H qrupunda yer alan "Qarabağ" dünən İsveçin "Hekken" komandasının qonağı olub. Görüş tərəflərin məhsuldar bərabərliyi (2:2) ilə yekunlaşıb.
Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb təmsilçimizin qrup mərhələsinin beşinci oyunu barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bu dəfə bəxtimiz gətirdi. "Molde" bizdən yaxşı oynadı. Oyundan öncə də düşünürdüm ki, qələbə qazanmağımız çətin olar, amma bərbərliyə oynaya bilərik. Düzü, bərabərliklə başa çatacaq oyun deyildi. Rəqib göstərdiyi oyunla qalib gəlməli idi. "Qarabağ"ın topu "Molde"yə verməsi əvvəlcədən düşünülmüş addım deyildi. Rəqibin oyunu "Qarabağ"ı topsuz qalmağa məcbur etdi. Bəlkə də buna səbəb təmsilçimizin erkən qol vurması idi. "Qarabağ" önə keçdikdən sonra risk edib, hücum futbolu sərgiləyib qol buraxmaqdansa, daha çox müdafiədə olunmağa üstünlük verdi. Bəlkə də hava şəraitinin və süni qazonun da təsiri var idi. Amma "Qarabağ"ın zəif oyununu yalnız bu faktların üstünə atmaq olmaz. "Molde" taktiki baxımdan güclü idi".