"Liverpul"un baş məşqçisi Yürgen Klopp UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə Avstriya LASK-ı üzərində qazandıqları qələbəni (4:0) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, BBC onun dediklərini belə çatdırıb:
"Qrupda birinci yerdə olmaq xoşdur. "Yunion"la son turda keçirəcəyimiz qarşılaşma da bizim üçün vacibdir. Çünki biz səfərdə qələbəyə oynamağı hədəfləmişik. Ancaq yaxşı ki, qələbə qazanmaq məcbutiyyətində deyilik".
Qeyd edək ki, "Liverpul" Avropa Liqasının E qrupunda 12 xalla liderdir.
Nihat