"Molde"nin yarımmüdafiəçisi Kristian Eriksen UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində dünən "Qarabağ"a qarşı keçirdikləri oyun (2:2) haqda danışıb.
Fanat.Az "Viaplay"a istinadən xəbər verir ki, təmsilçimizin qapısına vurulan hər iki qolun müəllifi olan norveçli futbolçu qələbəni əldən verdiklərinə üzüldüyünü deyib:
"Bu, doğrudan da üzücü sonluqdur. Mən məhv olmuşam və hazırda çox hirsliyəm. Olduqca kədərli vəziyyətdir".
Xatırladaq ki, hesabı açan "Qarabağ" sonradan 2 top buraxsa da, Bəhlul Mustafazadə 90+5-ci dəqiqədə fərqlənərək təmsilçimizi yenilgidən xilas edib.