Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun “Qarabağ” – “Hakken” oyunu öncəsi Ağdam təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviçin mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, Yankoviç İsveç klubu ilə görüşdən gözləntilərini açıqlayıb:
"Bizi sabah çox vacib oyun gözləyir. Bu matça tam hazırıq. Rəqibi də analiz etmişik. Əlimizdən gələni edəcəyik ki, oyunu və qrupu yaxşı nəticə ilə bitirək. İnanmıram ki, yağış kiməsə problem yaratsın. Hamı sabah bacarığını göstərmək istəyir. Biz sabah qalib gəlməli və pley-off mərhələsinə vəsiqə qazanmalıyıq. Bundan sonra növbəti rəqib haqda danışa bilərik. Komanda düzgün hazırlıq keçsə, motivasiya olsa, elə keyfiyyətdəyik ki, hər rəqibə qarşı oynaya bilərik”.