"Liverpul"un baş məşqçisi Yürgen Klopp UEFA Avropa Liqasının son turunda Belçika təmsilçisi "Yunion"dan aldıqları məğlubiyyəti (1:2) şərh edib.
Fanat.Az xəbər verir ki, "beIN Sports" alman mütəxəssisin dediklərini belə çatdırıb:
"Start heyətdə etdiyimiz dəyişikliklərin çoxluğu oyun ritminə təsirsiz ötüşmədi. Belə oyundan sonra hansısa futbolçunu mühakimə edə, yetərincə yaxşı olmadığını demərəm. Mən onların nə dərəcədə yaxşı olduqlarını məşqlərdə hər gün görürəm. İstənilən oyunçunun karyerası belə qarşılaşmalardan sonra başlayır. Bəzi futbolçularımız üçün bu matç böyük təcrübə oldu".
Qeyd edək ki, məğlubiyyətə rəğmən, "Liverpul" qrupdakı mübarizəni 12 xalla 1-ci yerdə başa vurub.
Nihat