Bu gün UEFA Avropa Liqasının pley-off mərhələlərinin püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ”ın rəqibi də məlum olub.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 finala vəsiqə uğrunda görüşdə“Braqa” ilə (Portuqaliya) qarşılaşacaq. Ağdam klubu ilk matçını səfərdə oynayacaq.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları fevralın 15-də və 22-də baş tutacaq.