"Qarabağ"ın cinah müdafiəçisi Marko Veşoviç UEFA Avropa Liqasının 1/8 final mərhələsində üz-üzə gələcəkləri "Bayer Leverkuzen"lə oyunlar barədə danışıb.
Monteneqro millisinin futbolçusunun Fanat.Az-a verdiyi qısa açıqlama belə olub:
"Əvvəlki rəqiblərlə görüşlərdə olduğu kimi, bu komandaya qarşı matçlarda da ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. "Bayer"lə eyni qrupda mübarizə aparmışıq. Bizim üçün tanış rəqibdir".
Qeyd edək ki, "köhlən atlar" "Bayer"ə qarşı ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını isə 14-də səfərdə keçirəcək.
Nahid Ustaclı