"Bayer"ə qarşı qrupda da oynamışıq. Rəqib çox güclüdür".
Bunu Fanat.Az-a açıqlamasında "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov deyib.
Azərbaycan millisinin futbolçusu UEFA Abropa Liqasının 1/8 final mərhələsində üz-üzə gələcəkləri "Bayer Leverkuzen"i məğlub etməyə kökləndiklərini açıqlayıb: "Bu komandanın nəyə qadir olduğu bəllidir. 30 oyundan çoxdur ki, uduzmurlar. Onların üstün tərəflərini bilirik. Meydanda sona qədər mübarizə aparmalı, döyüşməliyik. Bütün diqqətimizi qələbəyə yönəltmişik".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək“Qarabağ” - “Bayer” qarşılaşması martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflərin cavab görüşü isə bundan bir həftə sonra Leverkuzendə baş tutacaq.
Nahid Ustaclı