UEFA Avropa Liqasının 1/8 final mərhələsində bu gün “Qarabağ”la qarşılaşacaq “Bayer”in heyətində bəzi dəyişikliklər gözlənilir.
Fanat.Az xəbər verir ki, baş məşqçi Xabi Alonso "çərçivə"ni gənc Matey Kovaya həvalə edəcək.
Bunu ispaniyalı mütəxəssis özü yerli mətbuata açıqlayıb. İspan mütəxəssis qapı xəttində rotasiya edəcəyini bildirib. O, iştirak etdikləri turnirlərin qalibi olmaq üçün hamıya şans verməyin vacib olduğunu deyib. Xabi Alonso “Qarabağ”la həm Bakıdakı, həm də Leverkuzendəki qarşılaşmada çərçivəni Matey Kovaya etibar edəcəyini, kapitan Lukaş Qradetskinin isə Bundesliqa oyunlarında əsas qapıçı olacağıdı söyləyib.
Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Leverkuzendəki cavab görüşü martın 14-nə təsadüf edəcək.