23:49 01.09.2024 613

"Zaqreb "Dinamo"su qədər şanslı olsaydıq..." -Rəşad Sadıqov

"Zirə" Azərbaycan Premyer Liqasının 5-ci turunda doğma meydanda "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.

Fanat.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun bizim üçün yaxşı başlamışdı. Meydanda gərgin mübarizə gedirdi. Bərabərsəviyyəli mübarizə getdi. Müəyyən ərazi üstünlüyü var idi. "Qarabağ" fərqlənəndən sonra oyunumuzun balansı pozuldu. Təhlükəli dəqiqələr idi. Üçüncü qol böyük hesablı məğlubiyyətə gətirib çıxara bilərdi. Amma futbolçularımız xarakter göstərdilər, bir qol vurdular. Çox çalışdılar, əllərindən gələni etdilər. "Qarabağ" bu gün bizdən daha yaxşı idi. Yorğun idik, itkilərimiz çoxdur. Bu oyunda da zədəlilərimiz oldu. Bu qədər problemin içində futbolçular sona qədər mübarizə apardılar. Keçirdiyimiz 12 oyunu dəyərləndirsək, futbolçuların çıxışından çox razı qalmışam. 4 oyuna altı xal yğmışıq. 2-3 gün yaxşı dincəlib, daha sonra fikrimizi çempionata verəcəyik.

- Bu gün hiss etdiz ki, çempionluq mübarizəsində yer ala bilərsiz?

- Gücləri doğru qiymətləndirmək lazımdır. "Qarabağ" hamımızdan daha yaxşıdır. İllərdir ki, çəkdikləri əziyyətin bəhrəsini görürlər. Çalışıb mübarizə aparmaq olar. Hər şey uğurlu getsə, mübarizə aparmaq olar. Bu gün nə çatmadı? "Dinamo"nun (Zaqreb) şansı. Onlar qədər şanslı olsaydıq... "Qarabağ"ın qol epizodu olmayan hücumu qolla nəticələndi. "Qarabağ" üzərində qələbə qazanmaq üçün əlinə düşən epizodları qola çevirməlisən. İlk iki qolda dərhal bizi cəzalandırdılar. Belə olan halda, mübarizə aparmaq çətindir. Futbolçuların əzmkarlığı çox xoşuma gəldi. İsmayil İbrahimli zədədən sonra bu gün ilk dəfə kollektivə qoşuldu. Məcburiyyətdən meydana daxil oldu.

- İndiyə qədər "Zirə"dən 5 futbolçu milliyə dəvət almayıb. Fernandu Santuş dedi ki, İsmayıl İbrahimli və Hacıağa Hacılı zədəli olmasaydı, onlar da dəvət ediləcəkdi. Bu qədər futbolçunun milliyə dəvət edilməsində Avropadakı çıxışınızın təsir var? 

- Milliyə yeni baş məşqçi gəlib. Avrokubok matçları onun seleksiya etməsi üçün yaxşı şans idi. Millinin məşqçilərinin diqqətini cəlb etdilər. Mənim üçün sevindirici haldır ki, bizim komandamızdan 5 futbolçu milliyə dəvət ala bilərdi. Yerli futbolçu ilə bağlı ciddi sıxıntılar yaşayırıq. Yerli oyunçu qıtlığı var. Vaxtımız da azdır. Bilmirəm həll edə biləcəyik, ya yox. Yerlilərlə bağlı seleksiyanı gücləndirməliyik.

- Əlinizdə alternativ variant olsaydı, Rüstəm Əhmədzadəni yenə də oynadardız əsas heyətdə?

- Bəli. Yaxşı reydlər etdi. Rüstəmi keçən oyunda 30 dəqiqə oynatmışdıq. Bilirdik ki, "Qarabağ"la matçda yerli oyunçu sarıdan qıtlığımız olacaq. Planımız o idi ki, "Şamaxı" və "Qarabağ" görüşlərində meydanda 90 dəqiqə oynasın. 

- Transfer gözlənilir? Elçin Əlicanov Ruan Renatonun səviyyəsinə çata bilər?

- Futbolçuları bir-biri ilə müqayisə etmək düzgün deyil. Elçin yaxşı mənada məni təəccübləndirir. Böyük potensialı var. Bugünkü Elçin "Kəpəz"dəki Elçindən daha yaxşıdır. Çalışqandır, istəklidir. Zərurətdən onu başqa mövqelərdə istifadə edirik. Transferlə bağlı danışıqlar gedir. Ayın 9-na qədər vaxtımız var.

- AFFA-nın yeni rəhbərliyinin gəlişindən sonra hakimliyi nəzərdə tutaraq, deyirdiz ki, hər şey daha yaxşı olacaq. Sizcə, belədir?

- Səmimi qeyd edirəm, hakimlərimiz çox bacarıqlıdır. Əvvəl də demişəm. Şikayətimiz, narazılığımız bir neçə hakimlə bağlı idi. Rəhbərliyə gəldikdə, bəli, hiss olunur. Beş turdur ki, onu hiss edirəm. Ümid edirəm ki, uğurlu trayektoriya ilə inkişaf edərlər və Avropa səviyyəsində hakimlərimiz olar. Hakimlər daha soyuqqanlı olub. Keçən il ciddi gərginlik hiss olunurdu. Ümid edirik ki, belə davam edəcək.

- Azərbaycan çempionatı yeni başlayıb. Sizcə, hansı komandalar sürpriz edə bilər?

- Beş tur keçib, müəyyən şəkil formalaşır. Keçən il ilk beşlikdə olanlar bu il də iddialı olacaqlar. Amma "Araz-Naxçıvan"la, "Turan Tovuz"un apardığı məşçqi və oyunçu seleksiyasından yayda bilinirdi ki, bu sezon daha iddialı olacaqlar. Digər tərəfdən Ayxan Abbasovun "Şamaxı"da qısa müddətdə gördüyü iş sadəcə fantastikadır. Bir ay içində birinci liqadan gələn komandanı güclü formalaşdırmaq üçün böyük bacarıq lazımdır. Onun yerində, əcnəbi olaydı, məsələ daha çox danışılacaqdı. Digər tərəfdən "Səbail" "Neftçi"yə qarşı yaxşı oynadı.

- Fernandu Santuş mətbuat konfransında bildirdi ki, futbolçuların fiziki hazırlığı klublardakı çıxışlarından asılı olacaq. Sizcə, o, bunu deməklə, millidə baş verəcək uğursuzluğa bəhanə gətirib, yoxsa necə?

- Bəhanə deməzdim. Reallıqdır. Əgər əvvəlki illərlə müqayisə etsək, milli 10-15 gün toplanış keçirdi. Elə olan halda, qlobal fiziki dəyişiklik dəyişiklik edə bilməsən də, dəyişikliklər olur. Millinin baş məşqçisinin üç gün vaxtı varsa, təbii ki, oradakı fiziki durum bizlərlə bağlı olacaq. Ola bilər ki, futbolçuların fiziki forması yaxşı olsun, oyunda ilk dəqiqələrdə qol buraxsınlar, ruhdan düşsünlər. Ola bilər ki, indiki dövrdə "Qarabağ" və "Zirə"nin oyunçuları çoxsaylı oyunlar keçiriblər, kimsə yorulub. Millinin baş məşqçisi fiziki duruma təsir edə bilməz. Azərbaycan Premyer Liqasında çıxış edən futbolçularla TOP liqalardakı oyunçunun fiziki durumu eyni ola bilməz. Futbolumuz TOP ölkələrlə, ortabab millilərlə başabaş mübarizə aparacaq səviyyədə deyil. Təki futbolçularımız fiziki və psixoloji cəhətdən özlərini yaxşı tərəfdən göstərsinlər, millinin çıxışları uğurlu olsun. Fernandu Santuşa inanıram. Millimiz onun dönəmində uğurlu çıxış edəcək və futbolumuza faydası olacaq.

Mənbə: Sportal.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
23:15

"Atletiko Madrid"dən 40 milyonluq transfer

22:35

Qurban Qurbanov "Vestri" ilə matçdan sonra nə danışdı?

22:13

"Qarabağ" fantastik oyun nümayiş etdirdi" - Daniel Osafo-Badu

21:52

AL: "Qarabağ" "Vestri"ni "əliboş" yola salır

20:54

"Barselona"dan ilin transfer bombası

20:21

Emre Mor karyerası ilə bağlı yekun qərarı verdi

19:48

"Qalatasaray" İngiltərədə transfer ovunda

19:09

Sabiq "Real Madrid"li "Sumqayıt"ı çalışdıracaq

18:42

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

Facebookdan bizi izləməyi unutmayın.
X