
Bu yay sebiyalı mütəxəssis Saşa İliçə tapşırılan "Sumqayıt" Qəbələ toplanışını başa vuraraq təmsil etdiyi şəhərə qayıdıb.
"Kimyaçılar"ın yeni transferlərindən biri - portuqaliyalı müdafiəçi Pedru Pintu Fanat.Az-ın suallarını cavablandırıb.
- Yeni mövsümə hazırlıq necə gedir?
- Yaxşı. Mövsümün başlanğıcı üçün hər şey hazırdır. Biz motivasiyalıyıq və əminik ki, yaxşı mövsüm olacaq. Bazar günü evdə azarkeşlərimizin önündə başlayırıq. Uğurlu startla diqqət çəkmək istəyirik.
- Qəbələdə təlim-məşq toplanışınız oldu. Bir neçə yoldaşlıq oyunu keçirdiniz. Səncə, bu toplanış baş məşqçi Saşa İliçin sisteminə uyğunlaşmaq üçün kifayətdirmi?
- Bəli, Qəbələdə təlim-məşq toplanışı və bir neçə yoldaşlıq oyunu keçirdik, bir-birimizi tanımağa kifayət qədər vaxtımız oldu. Çünki çoxlu yeni oyunçularımız var idi və məşqçinin ideyalarını təkmilləşdirdik.
- Yeni mövsüm üçün şəxsi hədəfin nədir?
- Hədəfim komanda şəklində məqsədlərimizə çatmağa kömək etmək üçün mümkün qədər çox oynamaqdır. Həm də müəyyən mənada öz təcrübəmi gənc komanda yoldaşlarımla bölüşmək istəyirəm. Ən əsası yaxşı çempionat keçirə bilməkdir.
Nihat